"Napoli" danimarkalı forvardın xidmətində maraqlıdır
"Mançester Yunayted"in danimarkalı forvardı Rasmus Höylund karyerasını "Napoli"də davam etdirə bilər.
Sportline.az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Höylund üçün İngiltərə klubu 40 milyon avro tələb edir.
22 yaşlı futbolçu "Mançester Yunayted"ə 2023-cü ilin yayında "Atalanta"dan 77.8 milyon avro qarşılığında transfer olunmuşdu.
Qeyd edək ki, Rasmus Höylund bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 52 matçda 10 qol 4 asistlə yadda qalıb.