"Napoli" yaponiyalı futbolçu üçün təklif göndərib

"Napoli" klubu yaponiyalı müdafiəçi Takehiro Tomiyasu üçün rəsmi təklif göndərib. 

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, "Arsenal" klubu futbolçuyla yollarını ayırmaq istədiyini açıqladıqdan sonra İtaliya klubu təklif göndərib. 

"Napoli" klubunun 25 yaşlı sağ cinah müdafiəçisi Takehiro Tomiyasuyla şəxsi razılıq əldə etidyi bildirilib. 

Qeyd edək ki, "Arsenal" rəhbərliyi Takehiro Tomiyasunun yalnız icarə əsasında komandadan ayrıla biləcəyini deyib.