"Napoli"dən Darvin həmləsi
"Liverpul"un uruqvaylı forvardı Darvin Nunyes karyerasını "Napoli"də davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb.
İtaliya klubunun çalışdırıcısı Nunyesi komandasında görmək istəyir.
Qeyd edək ki, "Liverpul" 26 yaşlı futbolçu üçün ən azı 45 milyon avro tələb edir.
O, bu mövsüm meydana çıxdığı 47 matçda 7 qol 7 məhsuldar ötürmə müəllifi olub.