“Napoli”dən Qriliş həmləsi
"Napoli" "Mançester Siti"nin ingiltərəli futbolçusu Cek Qrilişi heyətində qatmaqda israrlıdır.
Sportline.az "The Sun Football" nəşrinə istinadən xəbər verir ki, "Napoli" Qrilişin meneceri ilə təmas halındadır.
29 yaşlı futbolçunu. hazırkı dəyəri "Transfermarkt" portalına görə 35 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Qriliş 2021-ci ilin yayında "Aston Villa"dan "Mançester Siti"yə 117.50 milyon avro qarşılığında transfer olmuşdu.
O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 31 matçda 3 qol 5 asist müəllifi olub.