"Napoli"dən yeni transfer həmləsi

"Napoli" PSV-nin niderlandlı futbolçusu Noa Lanq üçün rəsmi təklif göndərib.

Sportline.az jurnalist Canluka Di Marzionun məlumatına istinadən xəbər verir ki, İtaliya klubu bu keçid üçün 20 milyon avro ödəməyə hazırdır.

Lakin Niderland klubunun rəhbərliyi Noa Lanq üçün ən azı 25 milyon avro tələb edir.

Qeyd edək ki, 26 yaşlı sol cinah vingerinin PSV ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.

O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 44 matçda 14 qol 12 məhsuldar ötürmə müəllifi olub.