NBA-da basketbolçuya 25 oyunluq cəza verilib

Milli Basketbol Assosiasiyası (NBA) "Nyu Orlean" klubunun hücumçusu Didi Lozadonu antidopinq qaydalarını pozduğuna görə cəzalandırıb.

Sportline.az NBA-nın rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı basketbolçu 25 oyunluq diskvalifikasiya edilib.

22 yaşlı oyunçunun orqanizmində drostanolon metaboliti maddəsi aşkarlanıb. Lozadonun sözlərinə görə, qadağan olunmuş maddə dietoloqun məsləhəti ilə vitamin qəbul edən zaman onun orqanizminə daxil ola bilər.

Qeyd edək ki, Didi Lozada NBA-da ikinci mövsümününü keçirir.