NBA: "Los-Anceles Leykers" finalda

Milli Basketbol Assosiasiyasının pley-off mərhələsində ilk finalçı müəyyənləşib.

Sportline.az xəbər verir ki, yarımfinalda “Los-Anceles Leykers” komandası “Denver Naqqets”lə qarşılaşıb.

Orlandoda keçirilən görüşə daha yaxşı başlayan Los-Anceles komandası böyük fasiləyə 10 xal fərqi ilə öndə yollanıb. 61-51. 3-cü hissədə üstünlüyə yiyələnən Denver basketbolçuları çox çalışsalar da, qalib gələ bilməyiblər. “Los-Anceles Leykers” - “Denver Naqqets”: 117-107.

Beləliklə seriyada 4:1 hesabı ilə qalib gələn “Los-Anceles Leykers” finala yüksəlib.