NBA: "Filadelfiya Seventi Siksers" azarkeşlərini sevindirib

NBA-nın pley-inn mərhələsində mübarizə davam edir.

Sportline.az xəbər verir ki, bu gecə daha iki qarşılaşma olub.

Şərq konfransından pley-offa vəsiqə uğrunda mübarizə aparan "Filadelfiya Seventi Siksers" tapşırığın öhdəsindən gəlib.

Filadelfiya basketbolçuları "Mayami Hit" üzərində 105:104 hesablı qələbə ilə vəsiqəni təmin ediblər.

"Mayami"nin isə üst səbətin təmsilçisi kimi daha bir imkanı var.

Floridalılar  "Çikaqo Bulz" - "Atlanta Houks" çütünün qalibi olan çikaqolularla görüşdə növbəti şansı dəyərləndirməyə çalışacaqlar.

Qeyd edək ki, "Çikaqo" pley-inn matçında "Atlanta"ya 131:116 hesabı ilə qalib gəlib.