"Neftçi" və "Zirə"nin futbolçuları cəzalanıb

AFFA İntizam Komitəsi "Zirə"nin kapitanı Qismət Alıyev və "Neftçi"nin yarımmüdafiəçisi Elvin Camalovu iki oyunluq cəzalandırıb.

Sportline.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

02.05.2025-ci il tarixində Misli Premyer Liqasında XXXIII turun “Zirə” – “Turan Tovuz” oyununun 59-cu dəqiqəsində “Zirə” klubunun 32 nömrəli futbolçusu Qismət Alıyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Zirə” klubu 1500 manat cərimə edilsin (maddə 39.1);

02.05.2025-ci il tarixində Misli Premyer Liqasında XXXIII turun “Zirə” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Turan Tovuz” klubu 700 manat cərimə edilsin (maddə 37);

03.05.2025-ci il tarixində Misli Premyer Liqasında XXXIII turun “Araz-Naxçıvan” – “Sabah” oyununda “Sabah” klubunda 4 nəfər sarı vərəqə aldığı üçün “Sabah” klubu 700 manat cərimə edilsin (maddə 37);

04.05.2025-ci il tarixində Misli Premyer Liqasında XXXIII turun “Neftçi” – “Kəpəz” oyununun 70-ci dəqiqəsində “Neftçi” klubunun 4 nömrəli futbolçusu Elvin Camalov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Neftçi” klubu 1500 manat cərimə edilsin (maddə 39.1);