"Neftçi"nin sabiq futbolçusu "Dənizlispor"da

“Neftçi”nin sabiq futbolçusu Levent Kartop Türkiyə Super Liqasında yarışan "Denizlispor"un baş məşqçisi təyin edilib.

Sportline.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb.

Qeyd edək ki, əvvəlki baş məşqçi Bülənt Uygunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Kartopun qarşısına komandanı superliqada saxlamaq vəzifəsi qoyulub.

Əlavə edək ki, L.Kartop 2008-ci ildə "Neftçi"nin formasını geyinib.