Nəriman Axundzadə oynadı, komandası uduzdu

Milli komandamızın üzvü Nəriman Axundzadənin çıxış etdiyi "Kolambus Kryu” MLS-də növbəti oyuna çıxıb. 

Sportline.az xəbər verir ki, "Nyu York Red Bullz"la üz-üzə gələn komanda 2-3 hesabı ilə uduzub.

"Kolambus Kryu”da Arfsten və Rossi fərqlənib. Nəriman 85-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, "Kolambus Kryu” Şərq Konfransında 13 turdan sonra 12 xalla 13-cüdür.