Neymar məhkəmədə "Barsa"ya uduzdu

PSJ-nin futbolçusu Neymarın sabiq klubu "Barselona" ilə məhkəmə prosesi başa çatıb.

Sportline.az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.

Məhkəmədə “Barselona”nın qalib gədliyi bildirilib. Braziliyalı hücumçunun Kataloniya təmsilçisinə qarşı 43.6 milyon avroluq mükafat tələbi rədd edilib. Əksinə, qərara görə, Neymar qarşı tərəfə 6.7 milyon avro təzminat ödəyəcək.

28 yaşlı forvard 2015-cı ildə “Barselona” ilə 5 illik müqavilə bağlayıb və 2016-ci ildə PSJ-yə keçib. O, Paris klubuna transferindən sonra “Barselona”dan müqaviləsində göstərilən bonusları almaması iddiası ilə məhkəməyə müraciət edib. Məhkəmə isə İspaniya klubunun xeyrinə qərar verib.

Xatırladaq ki, Neymar 2017-ci ilin yayında 222 milyon avro qarşılığında "Barselona"dan PSJ-yə keçib.