Neymar “Santos”da qalacaq

Braziliyanın "Santos" klubu hücumçusu Neymarla müqaviləni uzadıb. 

Sportline.az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, 33 yaşlı futbolçunun yeni müqaviləsi 2025-ci ilin sonuna qədər uzadılma mümkünlüyü ilə nəzərdə tutulub.

Bu mövsüm Neymar bütün turnirlərdə 14 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib. 2025-ci ilin yanvarında “Santos”a qayıdıb.

Braziliya çempionatının 12 turundan sonra "Santos"un 11 xalı var və 15-ci yerdədir.