Niderland Litvanı sınağa çəkəcək

2026-cı il Dünya Çempionatının seçmə mərhələsinin oyunları davam edir.

Sportline.az xəbər verir ki, "Yohan Krouyf" arenada Niderland Litvanı sınağa çəkəcək.

Ronald Kumanın komandasında Denzel Dumfiris, Castin Klayvert və Hartman zədəlidir.

Litva millisində isə itki yoxdur.

Qeyd edək ki, Niderland - Litva görüşü bu gün Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.