Niderland millisində şok zədə: Mundialı buraxacaq

Niderland millisinin futbolçusu Corcinyo Veynaldum bu il Qətərdə keçiriləcək dünya çempionatını buraxacaq.

Sportline.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, İtaliyanın "Roma" klubunda çıxış edən 32 yaşlı yarımmüdafiəçi 2023-cü ilin əvvəlində yaşıl meydanlara qayıdacaq.

Məşqdə sağ ayağının baldır sümüyü sınan oyunçu həkimlərlə məsləhətləşdikdən sonra əməliyyatdan imtina etmək qərarına gəlib. Veynaldum mundialın ardından klub mövsümü bərpa olunandan sonra sıraya dönəcək.

Qeyd edək ki, DÇ-2022 20 noyabr - 18 dekabrda gerçəkləşəcək.