Nigeriya Afrika Millətlər Kubokuna qələbə ilə başladı
Afrika Millətlər Kubokunda ilk turun oyunları davam edir.
Sportline.az xəbər verir ki, Mərakeşdə keçirilən yarışın favoritlərindən sayılan Nigeriya millisi mübarizəyə qələbə ilə başlayıb.
Nigeriyalılar ilk turda Tanzaniya seçməsinə qalib gəliblər.
Nigeriya - Tanzaniya 2:1
Qollar:Ajayi 36, Lookman 52 - Charles M'Mombwa 50