Nigeriyalı futbolçu karyerasını La Liqada davam etdirəcək

ÇSKA Moskvanın sabiq oyunçusu Çidera Ejuke İspaniya klubuna keçib.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, "Sevilya" klubu 26 yaşlı futbolçunu heyətinə qatdığını açıqlayıb.

Təcrübəli vingerlə ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, daha 2020-2024-cü illərdə ÇSKA-da çıxış edən Ejuke icarə əsasında "Herta Berlin" və "Antverpen" klublarının formasını geyinib.