“Nottingem”i “Nyukasl”a dəyişə bilər

"Nottingem Forest"in isveçli futbolçusu Antoni Elanqa "Nyukasl Yunayted"in maraq dairəsinə düşüb.

Sportline.az "Mail Sport"a istinadən xəbər verir ki, "Nyukasl"ın rəhbərliyi Elanqanın meneceri ilə danışıqlara başlayıb.

"Nottingem" tərəfi futbolçusu üçün ən azı 45 milyon avro tələb edir.

Qeyd edək ki, Elanqa karyerası ərzində daha əvvəl "Elfsburq" və "Mançester Yunayted" kimi klubların şərəfini qoruyub.