Noyer DÇ-2022-yə hazır olacaq?

"Bavariya"nın qapıçısı Manuel Noyer DÇ-2022-də Almaniya millisinə kömək edə biləcək.

Sportline.az xəbər verir ki, bunu Münhen klubunun baş məşqçisi Yulian Naqelsmann yerli mətbuata açıqlamasında deyib.

“Hər kəs rahat yata bilər. Son bir həftə ərzində Manuelin bərpası ciddi şəkildə irəliləyib, o, artıq xüsusi qapıçı məşqi keçib. Həftə sonu "Herta" ilə oyunda meydana çıxa bilər.  Amma biz hər gün onun vəziyyətinə nəzarət etməliyik”,

Qeyd edək ki, Naqelsmann daha əvvəl bildirmişdi ki, Noyerin zədəsi onun mundialdan kənarda qalması ilə nəticələnə bilər.