Nqannudan Coşuaya maraqlı mesaj

UFC-nin sabiq ağır çəkili çempionu Frensis Nqannu Entoni Coşua ilə qarşıdakı görüşü ilə bağlı mülahizələrini açıqlayıb.

Sportline.az xəbər verir ki, kamerunlu döyüşçü boks qaydaları ilə keçiriləcək dueldə rəqibi üzstələyəcəyini bildirib.

"Çox güman ki, onu nokauta göndərəcəm. Məncə bu, Fyurini yerə sərməkdən daha asan olacaq. Əsla onu aşağılamıram. Coşua əla boksçudur. Amma, mən istəyimə nail olacağam", - deyə Nqannu jurnalistlərin suallarını cavablandırıb.

Qeyd edək ki, Nqannu - Coşua dueli matın 9-da Ər-Riyadda olacaq.