Nuno Tavares karyerasını Türkiyə Super liqasında davam etdirə bilər

"Qalatasaray" klubu sol cinah müdafiəsindəki boşluğu Nuno Tavareslə doldurmaq niyyətindədir.

Sportline.az Aspor.com.tr-yə istinadla xəbər verir ki, "sarı-qırmızlar" portuqaliyalı gənc müdafiəçi üçün "Tottenhem" klubu ilə danışıqlara başlayıb. 

Hazırda "Nottinghem" klubunda çıxış edən futbolçu bu mövsüm cəmi 3 dəfə meydana çıxdığı üçün komandadan ayrılmaq qərarına gəlib.

Qeyd edək ki, "Tottenhem" klubu Nuno Mendesin "Qalatasaray"a keçidinə icazə verəcəyini bildirib.