Nuri Şahin "Antalyaspor"dan ayrıldı
Nuri Şahin "Antalyaspor"un baş məşqçilik vəzifəsindən istefa verib.
Sportline.az Sporx.com-a istiandla xəbər verir ki, "Borussiya Dortmund"dan gələn təklifi qəbul edən Nuri Şahin "qırmızı-ağlar"dakı vəzifəsindən ayrılıb.
"Antalyaspor" rəsmiləri Nuri Şahin haqqında :"Borussiya Dortmund"da karyerasını davam etdirəcəyi üçün sevinliyik. Əlbəttəki uğurlar arzu edirik. Gələcəkdə daha uğurlu baş məşqçi olacağına inanırıq",-deyiblər.
Qeyd edək ki, Nuri Şahin "Borussiya Dortmund" klubunda köməkçi məşqçi kimi çalışacaq.