Nuri Şahinin yeni klubu rəsmiləşdi

Nuri Şahinin yeni klubu müəyyənləşib.

Sportline.az xəbər verir ki, o, karyerasını “Antalyaspor”da davam etdirəcək. 

Bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 32 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Nuri Şahin 2018-ci ildən Almaniyanın “Verder” klubunun uğurları üçün çalışırdı. O, geridə qalan mövsümdə bu komandanın heyətində 16 oyuna çıxıb, 3 qola imza atıb.

Türkiyə millisində 50-dən çox oyun keçirmiş futbolçu karyerası ərzində “Borussiya” (Dortmund), “Feyenoord”, “Real” (Madrid) və “Liverpul”da da çıxış edib.