Nurmaqomedov geri dönür

UFC-nin dağıstanlı döyüşçüsü Umar Nurmaqomedov məşqləri bərpa edib.

Sportline.az xəbər verir ki, əli sınan idmançı artıq zədəsini tam sağaldıb.

Bu haqda TASS agentliyi məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Umar gələn il yanvarın 18-də qarşılaşacağı Merab Dvilaşvili ilə döyüşə hazırlaşır. 

Qeyd edək ki, 28 yaşlı Nurmaqomedov peşəkar səviyyədə keçirdiyi 18 döyüşün hamısında qələbə qazanıb.