Nurmaqomedovun yeni rəqibi açıqlanıb

UFC Said Nurmaqomedovun yeni rəqibinin adını açıqlayıb.

Sportline.az xəbər verir ki, dağıstanlı idmançı braziliyalı Daniel Santosla üz-üzə gələcək.

Döyüş UFC 308 turniri çərçivəsində baş tutacaq.

Yarış bu ilin oktyabr ayının 26-da Əbu-Dabi şəhərində təşkil olunacaq.

Qeyd edək ki, 32 yaşlı Nurmaqomedovun aktivində 18 qələbə, 3 məğlubiyyət var. 

29 yaşlı Santos isə, 10 qələbə qazandığı halda iki döyüşdə oktaqonu məğlub tərk edib.