“Nyukasl” Bruno Gimarayeşlə bağlı qərarını verdi
İngiltərənin “Nyukasl” klubu yarımmüdafiəçisi Bruno Gimarayeşlə yeni müqavilə imzalanması üçün danışıqlara başlamağa hazırlaşır.
Sportline.az “Football İnsider” nəşrinə istinadən xəbər verir ki, klub “Arsenal”ın braziliyalı futbolçu üçün etdiyi 55 milyon funt sterlinqlik təklifi rədd etdikdən sonra onun uzunmüddətli gələcəyini təmin etmək niyyətindədir.
“Nyukasl” rəhbərliyi hesab edir ki, yeni müqavilənin imzalanması bu yay Bruno Gimarayeşin gələcəyi ilə bağlı yayılan transfer iddialarına da son qoyacaq.