"Nyukasl" "Dortmund"da elçi düşüb
"Borussiya Dortmund"un yarımmüdafiəçisi Feliks Nimeça İngiltərənin "Nyukasl" klubunun maraq dairəsindədir.
Sportline.az xəbər verir ki, bu haqda "Chronicle Live" nəşri məlumat yayıb.
"Sağsağanlar" bu keçid üçün qarşı tərəfə 60 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, "Dortmund" tərəfi Nimeça üçün ən azı 80 milyon avro tələb edir.