“Nyukasl” “Sevilya”nın gənc futbolçusunu transfer etmək istəyir
İngiltərənin “Nyukasl” klubu “Sevilya”nın gənc futbolçusu Xoakin Osonun transferi ilə maraqlanır.
Sportline.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.
Məlumatda qeyd olunur ki, 22 yaşlı ispaniyalı futbolçu həm sol müdafiəçi, həm də sol cinah yarımmüdafiəçisi kimi çıxış edə bilir və yay transfer pəncərəsində “sağsağanlar”ın əsas hədəflərindən biri hesab olunur.
Xoakin Osonun müqaviləsində 20 milyon avroluq sərbəstqalma maddəsi yer alsa da, “Sevilya”nın onu təxminən 10 milyon avro qarşılığında satmağa hazır olduğu bildirilir. Onun klubla müqaviləsinin müddəti 30 iyun 2027-ci il tarixinədək qüvvədədir.