"Nyukasl Yunayted" brazilyalı futbolçuya göz qoyub

"Nyukasl Yunayted" yay transfer pəncərəsi dövründə heyətini gücləndirməyi planlaşdırır.

Sportline.az "Relevo"ya istinadən xəbər verir ki, "Yuventus"un brazilyalı futbolçusu Duqlas Luiz "Yuventus"un maraq dairəsindədir.

26 yaşlı futbolçu Turin klubundan ayrılmaq istədiyini rəhbərliyə bildirib.

Qeyd edək ki, Duqlas Luizin hazırkı dəyəri "Transfermarkt" portalına görə 38 milyon avro olaraq qiymətləndirilir.

O, bu mövsüm 23 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.

Xatırladaq ki, Duqlas Luiz ötən ilin yayında "Aston Villa"dan "Yuventus"a 51.5 milyon avro qarşılığında transfer olmuşdu.