Olimpu Morutan Yunanıstan klubuna transfer oluna bilər
Fatih Terimin baş məşqçi olduğu mövsümdə "Qalatasaray"ın futbolçusu olan Olimpu Morutan Yunanıstan klubuna transfer ola bilər.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Fatih Terimin rumuniyalı futbolçuyla maraqlandığı bildirilib.
Təcrübəli mütəxəssis sağ cinah hücumçusu haqqında :"Morutan hücum xətti üçün çox vacib futbolçudur. Sadəcə məşqçilər onu düzgün idarə edə bilmirlər. Mən bacarıram",-deyib.
Qeyd edək ki, Olimpu Morutan hazırda "Ankaragücü"nün şərəfini qoruyur.