Onana “Monako”ya transfer olmayacaq
Məşhur insayder Fabritsio Romano “Mançester Yunayted”in qapıçısı Andre Onananın “Monako”ya keçidi ilə bağlı yayılan xəbərləri təkzib edib.
Sportline.az xəbər verir ki, jurnalist kamerunlu qolkiperlə bağlı Fransa klubu ilə “Yunayted” arasında heç bir danışıqlar aparılmadığını deyib:
“Monako Onananı transfer etmək üçün nə təklif göndərib, nə də maraq göstərib. Aralarında heç bir aktiv əlaqə yoxdur. Bu, tamamilə səssiz bir vəziyyətdir.”
Romano əlavə edib ki, “Monako” yeni qapıçı axtarır, lakin Onana ilə heç bir proses baş vermir.