Osimhen İngiltərə nəhənginə transfer ola bilər
"Qalatasaray"da icarə əsasında çıxış edən nigeryalı futbolçu Viktor Osimhen karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az jurnalist Santi Aounanın məlumatına istinadən xəbər verir ki, "Mançester Yunayted" Osimheni transfer etməkdə israrlıdır.
26 yaşlı forvard müqavilə əsasında İtaliyanın "Napoli" klubuna məxsusdur.
Qeyd edək ki, Osimhen bu mövsüm çıxış etdiyi 37 matçda rəqib qapılarından 33 top keçirib.