Ovusu DÇ 2022 üçün ilkin siyahıda yer ala bilər
"Qarabağ"ın hücumçusu Kvabena Ovusu bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün Qana millisinin ilkin heyətinə salına bilər.
Sportline.az xəbər verir ki, bu barədə "Ghanaweb" nəşri iddia irəli sürüb.
Bildirilib ki, son olaraq 2019-cu ildə yığmanın formasını geyinmiş 25 yaşlı forvardın mundialda iştirakı isə real görünmür. Baş məşqçi Otto Addo turnir üçün öz hücumçularını müəyyənləşdirdiyindən Ovusunu siyahıya daxil etməyəcək.
Nəşr forvardın "köhlən atlar"ın heyətində 20 matçda 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qaldığını xatırladıb.
Qeyd edək ki, Kvabena Ovusu 2020-ci ildən "Qarabağ"da çıxış edir.