Parti “Arsenal”dan ayrılır?

"Arsenal"ın qanalı futbolçusu Tomas Parti bu yay klubdan ayrılacaq.

Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb.

32 yaşlı yarımmüdafiəçi London klubu ilə yeni müqavilə imzalamayacaq.

Qeyd edək ki, Parti bu mövsüm meydana çıxdığı 52 matçda 4 qol 3 asistlə yadda qalıb.