Paytaxt klubunda yeni idman direktoru
Rusiyanın ən populyar klubu olan "Spartak"da sular durulmaqdadır.
Son vaxtlar qeyri-sabit çıxışla pərəstişkarlarını məyus edən "qırmıza-ağ"lara yeni idman direktoru təyin olunub.
Sportline.az xəbər verir ki, bu vəzifə Tomaş Amarala həvalə edilib.
Bundan əvvəl "Benfika"da çalışan portuqaliyalı mütəxəssis bu postda britaniyalı Pol Eşuortu əvəzləyib.
Qeyd edək ki, 18 turdan sonra 5-ci pillədə qərarlaşan "Spartak" lider "Krasnodar"dan 8 xal geri qalır.