Pep Qvardiola İngiltərə mediasını tənqid edib
Təcrübəli mütəxəssis Pep Qvardiola Cek Qrilişin evi qarət olunduqdan sonra yayılan xəbərlərlə bağlı danışıb.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, Pep Qvardiola açıqlamsında :"Həqiqətən medianı bəzən anlamaq çox çətindir. Şəxsi həyatımıza hörmət etmirlər. Cek Qrilişin evi qarət olunarkən ailə üzvləri orada olub. İndi isə artıq hər kəs nə baş verdiyini bilir. Yenidən belə bir cəhd oluna bilər. Axı bu xəbərləri yaymaq nəyə lazımdır. Futbolçu və ailəsinə zərər dəysə bunun səbəbkarı media nümayəndələridir",-deyib.
Qeyd edək ki, Pep Qvardiola futbolçularına şəxsi həyatları barədə paylaşım etməmələrini və mediaadan uzaq durmalarını tapşırıb.