Şakiranın fanatı Pikeni restorandan qovub

"Barselona"nın sabiq futbolçusu Jerar Pike ilə yeni sevgilisi Klara Çia xoşagəlməz halla üzləşib.

Sportline.az xəbər verir ki, cütlük ötən gün Barselonadakı restoranlardan birinin xidmətindən yararlanmaq istəyib.

Amma, Şakiranın fanatı olan məkan sahibi onlara xidmət göstərməkdən imtina edib. Bu səbəbdən, cütlük restoranı tərk edib.

Banner