Poqba MLS klubu ilə danışıqlar aparır
Fransa millisinin keçmiş yarımmüdafiəçisi Pol Poqba MLS klubunun maraq dairəsinə düşüb.
Sportline.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu "Di Si Yunayted”lə danışıqlar aparır.
Mənbənin sözlərinə görə, Amerika klubu liqada digər komandalar arasında prioritet hüquqlara malikdir və artıq futbolçu ilə danışıqlara başlayıb.
Poqba dopinqə görə diskvalifikasiya edilib və indi azad agentdir. Polun son rəsmi oyunu 2023-cü ilin sentyabrında olub.
"Di Si Yunayted” MLS Şərq Konfransının turnir cədvəlində 13-cü yerdədir.