Portuqaliyalı ulduz Türkiyə Super Kuboku matçına dəvət olunub
Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu "Qalatasaray" - "Fənərbağça" araında keçiriləcək Türkiyə Super Kubokunun final görüşünü izləmək üçün dəvət olunub.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldunun təklifi qəbul etdiyi bildirilib.
Sadio Mane, Marselo Brozoviç,Anderso Talisça və Aleks Telles də dəvət olunan məşhurlar arasında yer alıb.
Qeyd edək ki, "Qalatasaray" - "Fənərbağça" görüşü Bakı vaxtı ilə saat 21:45-də başlanacaq.