Premyer Liqa: XXXIII tura iki oyunla yekun vurulacaq

Misli Premyer Liqasında bu gün XXXIII tura iki oyunla yekun vurulacaq.

Sportline.az xəbər verir ki, əvvəlcə “Qarabağ” “Sumqayıt”ı qəbul edəcək.

Qarşılaşma “Azərsun Arena”da, saat 18:00-da start götürəcək.

Ötən tur çempionluğu rəsmiləşdirən “Qarabağ” 77 xalla turnir cədvəlinə başçılıq edir. 8-ci yerdə olan “Sumqayıt”ın isə 30 xalı var.

Turun son matçı “Neftçi Arena”da “Neftçi” və “Kəpəz” komandaları arasında keçiriləcək. Rauf Cabarovun idarə edəcəyi görüş saat 20:00-da başlayacaq. “Neftçi” hazırda 36 xalla yeddinci pillədə qərarlaşıb. Hesabında 28 xal olan "Kəpəz" doqquzuncudur.

Misli Premyer Liqası

IV dövrə, XXXIII tur

4 may

18:00. “Qarabağ” – “Sumqayıt”

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.

VAR: Nicat İsmayıllı.

AVAR: Namiq Hüseynov.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

“Azərsun Arena”.

20:00. “Neftçi” – “Kəpəz”

Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Elvin Bayramov.

VAR: Tural Qurbanov.

AVAR: Asiman Əzizli.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Eldəniz Musayev.

“Neftçi Arena”.

Qeyd edək ki, turun əvvəlki görüşlərində "Zirə" evdə "Turan Tovuz"a qalib gəlib - 1:0. “Araz-Naxçıvan” - “Sabah”, "Şamaxı" - "Səbail" qarşılaşmaları isə 1:1 hesabı ilə nəticələnib.