"Səbail" "Sumqayıt"a uduzdu
Bu gün Azərbaycan Premyer Liqasında 26-cı tura start veriləcək.
Sportline.az xəbər verir ki, ilk oyun günündə cəmi bir matç keçiriləcək.
Turnir cədvəlində ikinci pillədə qərarlaşan "Səbail" "Sumqayıt"ı qəbul edəcək.
Qarşılaşmaya 19:00-da start veriləcək.
Azərbaycan Premyer Liqası
XXVI tur
8 mart
19:00 "Səbail" - "Sumqayıt" 0-1
Qol: Ninqa, 10
Baş hakim: Tural Qurbanov
"ASCO Arena"