Prosineçkinin komandası aşağı liqaya düşdü

Türkiyə Super Liqasında mövsümə yekun vurulub.

Sportline.az xəbər verir ki, 34-cü turda "Kayserispor" evdə "Trabzonspor"a 1:2 hesabı ilə uduzub. Bu məğlubiyyətdən sonra Azərbaycan millisinin keçmiş baş məşqçisi Robert Prosineçkinin çalışdırdığı “Kayserispor”un aşağı liqaya düşməsi rəsmiləşib.

Elitanı tərk edən digər komandalar isə “Ankaragücü” və “Yeni Malatyaspor” olublar .

"Kayserispor" - "Trabzonspor" - 1:2

Qollar: Pedro Enrike, 86 (pen.) - Filip Novak, 63, Aleksander Sörlott, 90+7