"PSJ" 18 yaşlı braziliyalı futbolçunu transfer edir

Fransanın "PSJ" klubu 18 yaşlı braziliyalı futbolçu Qabriel Moskardo ilə bağlı danışıqları yekunlaşdırıb.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, Brazilyanın "Korintians" klubu Qabriel Moskardonu 20 milyon avro qarşılığında satmaq qərarına gəlib. Tərəflər arasında razılıq əldə olunub. 

Daha öncə "Çelsi" klubu 15 milyon avro təklif etsə də Braziliya klubu qəbul etməmişdi.

Qeyd edək ki, Qabriel Moskardo bu mövsüm "Korintians" klubu ilə çıxdığı 37 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.