"PSJ" 2 futbolçunu transfer edib

Fransanın "PSJ" klubu braziliyalı müdafiəçi Lukas Beraldo və braziliyalı yarımmüdafiəçi Qabriel Moskardonu transfer edib.

Sportline.az idman jurnalisti Fabritsyo Romanonun paylaşımına istinadla xəbər verir, Fransa klubu 2 fubtolçu üçün ümumilikdə 50 milyon avro ödəməli olub.

20 yaşlı müdafiəçi Lukas Beraldo üçün "San Paulo" klubuna 25 milyon avro, 18 yaşlı yarımmüdafiəçi Qabriel Moskardo üçün isə "Korintians" klubuna 25 milyon avro ödəyib.

Qeyd edək ki, hər iki futbolçununtransferi "Bertolucci Sports" tərəfindən təsdiqlənib.