"PSJ" 6 futbolçuyla maraqlanır
Fransanın "PSJ" klubu 6 ulduz futbolçunu yanvar ayında transfer etmək istəyir.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, Luiz Enrike heyətdəki çatışmamazlıqları klub rəhbərliyinə deyib və istədiyi futbolçuların siyahısını təqdim edib.
"PSJ" klubu Lukas Beraldo,Kaludio Eçeverri, Rayan Çerki, Yassin Bonu, Lukas Çevaliyer və Kazemironu transfer etmək qərarına gəlib.
Qeyd edək ki, Fransa klubu qış transferi bitmədən keçidləri gerçəkləştirmək istəyir.