PSJ-dən 115 milyonluq təklif
Ulduz futbolçulara daha maraq göstərməyəcəyini açıqlayan PSJ maraqlı təkliflə gündəmə gəlib.
Sportline.az xəbər verir ki, parislilər "Nyukasl"ın yarımmüdafiəçisi Bruno Gimaraynsın xidmətində maraqlıdırlar.
"Sport.es"in yaydğı məlumata görə, PSJ bu futbolçu üçün 115 milyon avrosundan keçməyə hazırdır.
Baş məşqçi Luis Enrikenin şəxsən Brunonu komandada görmək istədiyi bildirilir.
Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi bu mövsüm 19 oyunda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.