PSJ fransalı futbolçu ilə bağlı qərar verib
"Paris Sen-Jermen" fransalı futbolçusu Desire Doye ilə yola davam edəcək.
Sportline.az "Foot Mercato"ya istinadən xəbər verir ki, Paris klubu Desire Doyeni satmaq niyyətində deyil.
19 yaşlı futbolçunun klubla müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Desire Doyenin hazırkı dəyəri "Transfermarkt" portalına görə 60 milyon avrodur.
O, cari mövsüm çıxış etdiyi 49 matçda 13 qol 12 asist müəllifi olub.