"PSJ" rəhbərliyi Kilian Mbappenin transfer məsələsi barədə açıqlama verib

"PSJ" rəsmiləri Kilian Mbappenin komandadan ayrılmasıyla bağlı xəbərləri yalanlayıb. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Fransa klubu 25 yaşlı hücumçunun heç bir komandayla görüşmədiyini bildirib.

Futbolçunun meneceri "Real Madrid"lə bağlı çıxan xəbərlər haqqında açıqlamada :"Kilian Mbappe heç kimlə görüşməyib və belə bir haqqı yoxdur. Bizim xəbərim olmadan başqa klubla görüşə bilməz. Müqavilənin bitməsinə 6 ay vaxt var. Nələr baş verəcəyini indidən demək olmaz",-deyib.

Qeyd edək ki, İspaniya mediası futbolçunun "Real Madrid" klubu ilə şəxsi razılıq əldə etdiyini bildirmişdi.