"Qalatasaray" 100-cü qələbə axtarışında

Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"yə qarşı görüş "Qalatasaray" üçün əlamətdar ola bilər.

Sportline.az "Mackolik"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi bu matçda qalib gələcəyi təqdirdə, avrokuboklarda 100-cü qələbəsini qazanacaq.

Qeyd edək ki, bu gün saat 20:00-də başlayacaq "Neftçi" ilə oyun "Qalatasaray"ın avrokubokların 286-cı qarşılaşması olacaq.