"Qalatasaray" derbiyə ulduz futbolçu olmadan çıxacaq

"Qalatasaray"ın mərakeşli ulduz futbolçusu Hakim Ziyeş "Fənərbağça"yla görüşdə meydanda olmayacaq.

Sportline.az Sporx.com-a istiandal xəbər verir ki, təcrübəli sağ cinah hücumçunun zədəsi ciddi olduğu üçün son 3 məşqdə koamandaya qatıla bilmdəyindən "Fənərbağça" ilə görüşü kənardan izləməli olacaq. 

Okan Buruk aparıcı oyunçulardan sayılan Hakim Ziyeşin zədəsinin gözlənilməz olduğunu və yeni planlar qurduğunu deyib. 

Qeyd edək ki, "Qalatasaray" - "Fənərbağça" görüşü dekabrın 29-da Bakı vaxtı ilə 21:45-də başlanacaq.